Fransanın nüvə sirləri oğurlanıb

media-ads_728_90

“Neferpitou” ləqəbli haker Fransanın hərbi gəmilər istehsal edən müdafiə şirkəti “Naval Group”un daxili məlumatlarına giriş əldə edib.

“TV1” xəbər verir ki, bu barədə “France3” telekanalı məlumat yayıb.

Kiberhaker Fransanın nüvə sirləri də daxil olmaqla, 13 giqabaytlıq məlumatı internetə sızdırıb. Dərc edilmiş məlumatlara fransız freqatlarında və nüvə sualtı qayıqlarında istifadə edilən döyüş sistemlərinin mənbə kodu, silah proqram təminatı, simulyasiya mühitləri, şəbəkə diaqramları və istifadəçi təlimatları daxildir.

 

media-ads_728_90
Paylaş