"G20" sammiti Mayamidə keçiriləcək - Gələn il 

media-ads_728_90

“2026-cı il “G20″ Sammiti ABŞ-ın Florida ştatının Mayami şəhərində keçiriləcək”.

“TV1” xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.

“2026-cı il sammiti gözəl Mayami şəhərində baş tutacaq”, – deyə o, Ağ Evdə jurnalistlərə açıqlamasında qeyd edib.

D.Tramp həmçinin vurğulayıb ki, ABŞ-ın maliyyə naziri Skott Bessent bu sammitin gündəliyini hazırlayır.

Eyni zamanda, CBS telekanalı qeyd edib ki, sammitin D.Trampın Mayami yaxınlığındakı qolf klubunda keçirilməsi planlaşdırılır.

Amerika KİV-nin məlumatına görə, sammit 2026-cı il dekabrın 14-15-nə planlaşdırılıb.

media-ads_728_90
Paylaş