Gəncə-Mingəçevir-Ağstafa marşrutu üzrə sərnişin daşınacaq - Gündə 2 dəfə

media-ads_728_90

28 sentyabr 2025-ci il tarixindən etibarən fəaliyyətə başlayacaq Gəncə–Mingəçevir–Ağstafa marşrutu üzrə gündə 2 dəfə sərnişinlərə xidmət göstəriləcək.

“TV1” xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları (ADY) məlumat yayıb.

Qurumdan bildirilib ki, qatar hər gün saat 05:45-də Gəncədən yola düşərək 06:57-də Mingəçevir şəhər stansiyasına çatacaq, saat 07:15-də Mingəçevirdən Gəncə–Ağstafa istiqamətində hərəkət edərək 08:26-da Gəncə, 09:48-də isə Ağstafada olacaq.

“Günün ikinci yarısında reyslər saat 16:00-da Ağstafadan başlayacaq, qatar saat 17:19-da Gəncəyə, 18:36-da Mingəçevir şəhər stansiyasına çatacaq. Saat 19:00-da Mingəçevirdən yola düşən qatar 20:11-də Gəncədə olacaq”.

Əlavə olunub ki, sərnişinlər Mingəçevir, Mingəçevir-baş, Goran, Gəncə, Dəllər, Qovlar, Tovuz və Ağstafa stansiyalarından istifadə edə biləcəklər.

media-ads_728_90
Paylaş