Gəncədə güclü külək ağacları aşırdı - VİDEO
Gəncə şəhərində səhər saatlarından başlayaraq əsən güclü külək fəsadlar törədib.
“TV1” xəbər verir ki, küləyin təsirindən şəhər ərazisində 6 irigövdəli ağac aşıb. Aşan ağaclardan biri şəhərin Abbas Səhhət adlanan yaşayış massivində qaz xəttinin üzərinə düşərək onu sındırıb. Bu səbəbdən həmin ərazidə qazın verilişi dayandırılıb.
Hazırda şəhərdə küləkli hava şəraiti davam edir.