MDB Oyunlarında polisin fasiləsiz xidməti - GÖRÜNTÜLƏR
III MDB Oyunları çərçivəsində Gəncə şəhərində keçirilən bir neçə növ idman yarışları zamanı təhlükəsizliyin təmini məqsədi ilə Daxili İşlər Nazirliyi tərəfindən təhlükəsizlik tədbirləri tam təmin olunur.
“TV1” xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilir ki, rayon ərazisində və oyunların keçirildiyi məkanlarda xidmətə əlavə canlı qüvvə cəlb edilib.
Polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları yarışların keçirildiyi bütün ərazilərdə ictimai qaydanın qorunması, insanların təhlükəsizliyinin təmin edilməsi, baş verə biləcək hər hansı neqativ və hüquqazidd halların qarşısının vaxtında alınması məqsədilə fasiləsiz rejimdə xidmət aparırlar.