"Google", "Youtube" və "Gmail" çökdü - Bu ölkələrdə
“Google” bir sıra ölkələrdə işləmir.
“TV1” xəbər verir ki, əsasən Cənub-Şərqi Avropa ölkələri olmaqla, bəzi ölkələrdə internet istifadəçiləri “Google”dan istifadə edə bilmir.
İstifadəçilər bununla bağlı öz sosial şəbəkə hesablarında məlumat veriblər.
Bildirilib ki, “Youtube” və “Gmail” xidmətlərindən də istifadə etmək olmur.