Gümrü sakinləri ilə polis arasında qarşıdurma - Video
Gümrü meriyasının qarşısında vəziyyət kəskin şəkildə gərginləşib. Əraziyə polis qüvvəsi yerləşdirilib.
“TV1” xəbər verir ki, polislə mer Vardan Qukasyana dəstək üçün toplaşan vətəndaşlar arasında qarşıdurma yaranıb. Polis vətəndaşları saxlamağa başlayıb.
Şəhər meriyasının əməkdaşlarının sözlərinə görə, mer Vardan Qukasyan binanın içərisindədir. O, MTN tərəfindən saxlanılıb və tezliklə binadan çıxarılacağı gözlənilir.