Gürcüstan DİN-i ATƏT sədrini cərimələyib
Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) Finlandiyanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtoneni 14 oktyabr tarixində etiraz aksiyası zamanı yolu qanunsuz bağladığına görə 5 min lari (1,8 min dollardan çox) cərimələyib.
“TV1” xəbər verir ki, bu barədə Gürcüstan KİV-ləri xəbər verir.
Gürcüstan qanunvericiliyinə görə, aksiya iştirakçılarının sayı yolu təbii şəkildə bağlamaq üçün kifayət deyilsə, avtomobillərin hərəkətinə maneə yaratmaq cərimə ilə cəzalandırılır.
Hələlik Valtonenə inzibati xəta protokolunun təqdim edilib-edilmədiyi və onun Gürcüstandan çıxmazdan əvvəl cəriməni ödəyib-ödəmədiyi məlum deyil.