Gürcüstan Hava Naviqasiya Xidməti: Türkiyə təyyarəsi həyəcan siqnalı vermədən radarlardan itib

media-ads_728_90

Gürcüstan ərazisini keçdikdən bir neçə dəqiqə sonra Türkiyəyə məxsus “C-130” tipli hərbi təyyarə həyəcan siqnalı vermədən Gürcüstan Hava Naviqasiya Xidmətinin (GASA) radarlarından itib.

“TV1” xəbər verir ki, bu barədə məlumatı ölkənin Hava Naviqasiya Xidməti yayıb.

Qurumun açıqlamasına görə, təyyarə ilə əlaqə qəfil kəsilib və hadisədən dərhal sonra müəyyən olunmuş protokollara əsasən axtarış-xilasetmə əməliyyatlarına başlanılıb.

“Gürcüstan ərazisini keçdikdən bir neçə dəqiqə sonra Türkiyənin “C-130″ təyyarəsi həyəcan siqnalı vermədən radarlarımızdan itib. Hadisədən sonra Gürcüstan Hava Naviqasiya Xidməti tərəfindən müəyyən edilmiş axtarış-xilasetmə tədbirləri həyata keçirilməyə başlanıb”, – deyə məlumatda qeyd olunur.

Qeyd edək ki, bu gün Gürcüstanda Türkiyəyə məxsus karqo təyyarəsi qəzaya uğrayıb. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda qeyd olunur ki, Azərbaycandan Türkiyəyə uçan C130 – karqo təyyarəsi Gürcüstanda qəzaya uğrayıb. Gürcüstanın aidiyyəti qurumları ilə ərazidə xilasetmə işlərinə başlanılıb.

media-ads_728_90
Paylaş