Gürcüstan hökuməti ATƏT/DTİHB-ni seçkiləri müşahidə etməyə dəvət edib

media-ads_728_90

“Biz ATƏT/DTİHB missiyasını yerli hökumət seçkilərini müşahidə etmək üçün dəvət etmək qərarına gəldik və artıq müvafiq məktub ATƏT/DTİHB-yə göndərilib”.

“TV1” xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumət administrasiyasında keçirdiyi brifinqdə söyləyib.

Onun sözlərinə görə, Gürcüstan hökuməti ATƏT/DTİHB missiyası tərəfindən seçkiləri müşahidə etmək üçün hər cür şərait yaratmağa tam hazırdır.

“Ümid edirik ki, dəfələrlə təhqir və təzyiqlərə baxmayaraq, ATƏT/DTİHB Gürcüstana müşahidə missiyası göndərməkdən çəkinməyəcək”, – deyə İ.Kobaxidze vurğulayıb.

media-ads_728_90
Paylaş