Gürcüstan Ukrayna Maydanının ölkədə təkrarlanmasına icazə verməyəcək
“Gürcüstanda etiraz aksiyaları 2014-cü ildə Ukraynadakı Maydanla analoji olaraq xarici xüsusi xidmət orqanları tərəfindən maliyyələşdirilir”.
“TV1” xəbər verir ki, bunu ölkənin Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, bütün bunlar Maydanda (Ukraynada) olduğu kimi, xarici xüsusi xidmət orqanları tərəfindən maliyyələşdirilir:
“Xüsusi xidmət orqanları Maydanı maliyyələşdirdi və bütün bunlar Ukrayna üçün ona gətirib çıxardı ki, bu gün Ukrayna dövləti çökdü. Xarici xüsusi xidmət orqanları tərəfindən maliyyələşdirilən inqilabdan sonra Ukrayna iki müharibə yaşadı. Əlbəttə, biz bu ssenarinin Gürcüstanda təkrarlanmasına yol verə bilmərik”.
İ.Kobaxidze deyib ki, Gürcüstan hakimiyyəti sabitliyi təmin etmək üçün lazımi tədbirlər görməyə hazırdır, hər hansı destabilizasiya cəhdlərinin qarşısı qanun çərçivəsində alınacaq: “Son aylarda xarici qurumların ölkənin daxili işlərinə müdaxilə cəhdləri qeydə alınıb”.