Gürcüstan və Türkiyə BTQ-nin tam istismara verilməsinə hazır olduqlarını təsdiqləyib

media-ads_728_90

Gürcüstan və Türkiyə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun tam istismara verilməsinə hazır olduqlarını bildirib.

“TV1” xəbər verir ki, report.az Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinə istinadən xəbər verir ki, bu barədə gürcüstanlı nazir Mariam Kvirivişvili ilə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu arasında keçirilən görüşdə məlum olub.

Tbilisidə keçirilən görüşdə tərəflər nəqliyyat infrastrukturunun inkişafı və regionun tranzit mərkəzi kimi rolunu müzakirə ediblər. Bu kontekstdə nazirlər iqtisadi artımın və regional inteqrasiyanın gücləndirilməsi üçün nəqliyyat dəhlizlərinin, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolunun səmərəli istifadəsinin vacibliyini vurğulayıblar.

Onlar, həmçinin ikitərəfli ticari-iqtisadi əməkdaşlığın prioritet istiqamətlərini qeyd ediblər.

Nazirlər dəmir yollarının müasirləşdirilməsi, Şərq-Qərb avtomobil yolunun tikintisi, Tbilisidə yeni beynəlxalq hava limanının tikintisi də daxil olmaqla, böyük infrastruktur layihələrinin həyata keçirilməsinin gedişatını müzakirə ediblər.

Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci ildə istismara verilib və Çin ilə Avropa arasında daha qısa və sürətli nəqliyyat bağlantısı yaratmaq məqsədi daşıyır. Bu marşrut, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) çərçivəsində mühüm bir halqadır.

media-ads_728_90
Paylaş