Gürcüstanda azərbaycanlıların yaşadığı kəndləri sel basıb
Gürcüstanın Laqodexi bölgəsində azərbaycanlıların sıx yaşadığı kəndləri sel basıb, həyətlər və avtomobillər su altında qalıb.
“TV1” xəbər verir ki, soydaşlarımızın kompakt yaşadığı Gəncəli, Uzuntala kəndlərində təbii fəlakət yaşanıb.
Qabal və Qaracalar kəndləri də təbii fəlakətlə üzləşib. Qabal çayının daşması nəticəsində kəndlər ciddi təhlükə qarşısındadır. Bəzi evləri sel üçurub.
Hadisə zamanı bir sıra həyətləri su basıb, sakinlərə məxsus avtomobillər tamamilə suyun altında qalıb. Güclü sel kəndin infrastrukturuna da ziyan vurub.