Gürcüstanda növbəti ZƏLZƏLƏ olub
İyulun 22-də Zaqatala stansiyasından 57 kilometr cənub-qərbdə – Gürcüstan ərazisində zəlzələ qeydə alınıb.
“TV1” Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosuna istinadla xəbər verir ki, yerli vaxtla saat 12:10-da qeydə alınan yeraltı təkanların maqnitudası 3.9-a bərabər olub.
Ocağı 14 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.
Xatırladaq ki, Gürcüstan ərazisində 4.9 maqnitudalı zəlzələ qeydə alınıb. Zəlzələ Azərbaycanın sərhəd rayonlarında, Ağstafa, Tovuz, Balakən, Zaqatala, Gəncə, Gədəbəy və digər rayonlarda 4-3 bala qədər hiss olunub.