Türkiyə Milli Müdafiə Nazirliyi: Təyyarənin qəza səbəbi qalıqların ətraflı araşdırılmasından sonra müəyyən ediləcək

media-ads_728_90

Türkiyə Milli Müdafiə Nazirliyi Gürcüstan ərazisində qəzaya uğrayan “C130” hərbi nəqliyyat təyyarəsi ilə bağlı növbəti məlumat yayıb.

“TV1” xəbər verir ki, məlumatda deyilir:

“Gürcüstanın axtarış-xilasetmə qrupları təyyarənin qalıqlarını saat 17:00-da tapıb. Qəza araşdırma qrupumuz hadisə yerinə gedir. Təyyarə qəzasının səbəbi qrupumuz tərəfindən qalıqların ətraflı araşdırılmasından sonra müəyyən ediləcək”.

21:17

Gürcüstanda qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin qalıqları tapılıb.

“TV1” xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb.

O bildirib ki, axtarış- xilasetmə tədbirləri davam edir.

Nazir həmçinin təyyarənin qalıqlarının olduğu bölgəyə çatdığını bildirib.

Qeyd edək ki, Gürcüstanda qəzaya uğrayan Türkiyə Silahlı Qüvvələrinə məxsus C-130 təyyarəsinin göyərtəsində 20 hərbçi olub.

media-ads_728_90
Paylaş