Gürcüstanda seçicilərin 28,22 faizi səsvermədə iştirak edib
Gürücstanda keçirilən yerli seçkilərdə səsvermə davam edir.
“TV1” xəbər verir ki, Gürcüstan MSK-nın rəsmi açıqlamasında bildirilir ki, saat 15:00-a olan məlumata görə, 991 min 651 seçici səs verib, bu da ümumi seçicilərin 28,22 faizini təşkil edir.
Hazırkı vaxtadək dairə seçki komissiyalarına 5 şikayət daxil olub. Onlar da əsasən foto və video çəkiliş qaydalarının pozulması, seçki məntəqəsinin quruluş qaydalarının pozulması, seçki məntəqəsinin xaricində seçicilərin qeydiyyata alınması ilə bağlıdır.