media-1200x100

Hava şəraiti ilə bağlı dənizdə işləyənlər təxliyə edildi

media-ads_728_90

Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi, küləkli, qeyri-sabit keçməsi ilə əlaqədar SOCAR-ın “Azneft” İB-nin istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib.

“TV1” xəbər verir ki, bu barədə SOCAR-ın məlumatında bildirilir.

Qeyd edilir ki, təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər görülüb.

“Bununla yanaşı, bütün sahələrdə maarifləndirmə işləri aparılır, dənizdə yerləşən bir sıra istehsalat sahələrindən təxliyələr həyata keçirilib, mövcud vəziyyət nəzarətdə saxlanılır”, – deyə məlumatda bildirilir.

media-ads_728_90
Paylaş