Heç bir xarici qüvvə Gürcüstandakı sabitliyi poza bilməz - Baş nazir
“Gürcüstanda dövlət institutları həmişəkindən daha güclüdür və heç bir xarici qüvvə daxili sabitliyi poza bilməyəcək”.
“TV1” xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze bəyan edib.
O bildirib ki, etiraz aksiyalarına xarici agentliklər dəstək göstərsə də, onların səyləri nəticəsiz qalır:
“300 günlük etiraz aksiyaları göstərdi ki, xarici agentliklər Gürcüstanda uğur qazana bilmir. Bəzən 50, bəzən 100-150 nəfər küçəyə çıxır, amma onların cəhdləri nəticəsiz qalır. Çünki dövlət güclüdür, institutlar işlək vəziyyətdədir və biz bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik”, – deyə Baş nazir vurğulayıb.