HƏMAS Qəzzada israilli əsirlərin cəsədlərinin yerini AÇIQLADI

media-ads_728_90

Fələstinin HƏMAS hərəkatının nümayəndələri Misirdən olan xilasedicilərə Qəzzada həlak olmuş əsirlərin nəşlərinin olduğu yer barədə məlumatları təqdim edib.

“TV1” xəbər verir ki, məlumatda konkret hansı sayda cəsəddən söz getdiyi qeyd olunmur.

Həmas nümayəndələrinin bildirdiyinə görə, əsirlərin cəsədlərinin dağıntılar altından çıxarılmasına əngəl yaradan əsas problem bunun üçün xüsusi texnika və mexanizmlərin olmamasıdır.

Qeyd edək ki, bir müddət əvvəl Misirdən gələn xilasedicilər və hərbi mütəxəssislər qrupu Qəzzaya daxil olaraq həlak olmuş israilli girovların cəsədlərinin axtarışı və çıxarılması əməliyyatında iştirak etməyə başlayıblar.

media-ads_728_90
Paylaş