Hərbi helikopter qəzaya uğrayıb - Pilotun axtarışları aparılır

media-ads_728_90

Almaniyanın şərqində hərbi helikopter qəzaya uğrayıb.

“TV1” xəbər verir ki, bu barədə “Bild” yerli güc strukturlarına istinadən məlumat yayıb.

Qəzanın Saksoniyanın Qrimm şəhəri yaxınlığında baş verdiyi bildirilir.

Şahidlərin sözlərinə görə, qəzaya uğramış helikopterin qalıqları Mulde çayından tapılıb.

Hazırda polis və xilasedicilər helikopterin göyərtəsində olmuş pilotun axtarışlarını həyata keçirir. Axtarışlara dalğıcların cəlb olunacağı gözlənilir.

Qəzanın səbəbi və təfərrüatı barədə hələlik məlumat açıqlanmayıb.

media-ads_728_90
Paylaş