Hikmət Hacıyev Emin İbrahimovun vəfatı ilə bağlı başsağlığı verib
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tanınmış jurnalist Emin İbrahimovun vəfatı ilə bağlı başsağlığı yayıb.
“TV1” xəbər verir ki, bu barədə “X”də paylaşım edib.
“Allah rəhmət eləsin”, – deyə paylaşımda bildirilib.
Qeyd edək ki, Azərbaycanlı jurnalist, “Euronews” telekanalının müxbiri Emin İbrahimov Türkiyədə yol-nəqliyyat hadisəsi nəticəsində həlak olub.
Allah Rəhmət Eləsin! pic.twitter.com/34s4NiNPxl
— Hikmet Hajiyev (@HikmetHajiyev) November 13, 2025







