Hindistanda yol qəzasında 11 nəfər ölüb

media-ads_728_90

Hindistanın Racastan ştatında baş verən yol-nəqliyyat hadisəsində ən azı 11 nəfər həlak olub, 12 nəfər yaralanıb.

“TV1”  “Times of India”ya istinadən xəbər verir ki, bu barədə Hindistanın təhlükəsizlik xidməti məlumat yayıb.

İnsanların məbəddə dua etdikdən sonra geri qayıdarkən içində olduqları pikap yol kənarında park edilmiş yük maşınının arxa hissəsinə çırpılıb.

Qəza zamanı pikapda 31 nəfər olub.

media-ads_728_90
Paylaş