Horadiz-Ağbənd avtomobil və dəmir yollarının tikintisi gələn il başa çatdırılacaq

media-ads_728_90

Horadiz-Ağbənd avtomobil və dəmir yollarının gələn il ərzində tikintisinin başa çatdırılması planlaşdırılır.

“TV1” xəbər verir ki, bunu Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev Rusiya Federasiyası və İran İslam Respublikası nümayəndələri ilə keçirilən üçtərəfli görüşdə çıxışı zamanı deyib.

“Bu vacib nəqliyyat infrastrukturu həm Şərq-Qərb, həm də Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yeni qolunu təşkil etməklə yanaşı, Fars Körfəzini Qara Dənizlə bağlayacaq yeni marşrut rolunu oynayacaq”, – deyə Ş.Mustafayev vurğulayıb.

media-ads_728_90
Paylaş