Husi silahlıları Səudiyyə Ərəbistanında mülki şəxslərə hücum ediblər
Husi silahlıları Səudiyyə Ərəbistanının Nəcran şəhərində mülki hədəflərə hücum ediblər.
“TV1” xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi hərbi koalisiyanın sözçüsü, briqada generalı Turki əl-Maliki məlumat yayıb.
Turki əl-Malikinin sözlərinə görə, husilərin hücumu nəticəsində bir qadın və dörd yaşlı uşaq da daxil olmaqla on bir nəfər yaralanıb.
“Cümə axşamı günü Nəcran bölgəsində Husilərin terror hücumları nəticəsində 11 mülki şəxs yaralanıb. Yaralılar arasında bir yəmənli, iki misirli və bir pakistanlı da var”, – deyə briqada generalı bildirib.








