Husilər Təl-Əvivə hipersəs raket zərbəsi endirib

media-ads_728_90

Yəmən husiləri İsrailin paytaxtı Təl-Əvivdə bir neçə hədəfə hipersəs ballistik raket hücumu həyata keçirdiklərini açıqlayıb.

“TV1” xəbər verir ki, “Əl-Cəzirə” kanalının yaydığı məlumata görə, bu barədə husilərin hərbi nümayəndəsi Yəhya Sariya bildirib.

“Raket Qüvvələrimiz hipersəsli kasetli ballistik raketdən istifadə edərək Yaffadakı hədəflərə əməliyyat keçirib”, – deyə o bildirib.

Y.Sariyanın sözlərinə görə, hücumun məqsədi Fələstin xalqına dəstək olub.

“Qəzzadakı qardaşlarımıza dəstək üçün əlavə əməliyyatlar keçirməyə davam edəcəyik”, – deyə o əlavə edib.

media-ads_728_90
Paylaş