"İctimai nəqliyyat" fonduna ayrılacaq VƏSAİT
2026-cı ilin dövlət büdcəsində “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondunun gəlirləri və xərcləri bərabər olmaqla 155 milyon manat təşkil edəcək.
“TV1” xəbər verir ki, bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.
Sənədə əsasən, həmin vəsait Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Xankəndi şəhərlərinin və Abşeron, Ağdam, Şuşa, Laçın rayonlarının inzibati ərazilərində müəyyən olunmuş tələblərə cavab verən nağdsız ödəniş sisteminə keçirilmiş nəqliyyat vasitələri ilə müntəzəm sərnişin daşınmalarını həyata keçirən hüquqi şəxslərə və yaxud fərdi sahibkarlara subsidiya ödənilməsi üçün istifadə ediləcək.








