İlber Ortaylı infarkt keçirib - Qızından AÇIQLAMA 

media-ads_728_90

İlber Ortaylı infarkt keçirib və reanimasiyaya aparılıb.

“TV1” “Haber Global”a istinadən xəbər verir ki, tanınmış tarixçi və akademik professor Dr. İlber Ortaylının infarkt keçirərək xəstəxanaya yerləşdirildiyi bildirilib.

İ.Ortaylı bu gün çıxış edəcəyi gözlənilən ASAM tədbirinə qatılmayıb.

Ürək tutmasından sonra xəstəxanaya çatdırılan İ.Ortaylının reanimasiyada müalicəsinin davam etdiyi bildirilib.

Akademikin qızı Tuna Ortalı Kazıcı isə yayılan məlumatları təqsdiqləməyib. O, atasının xəstəxanaya yerləşdirilməsi ilə bağlı yayılan xəbərləri təsdiq etsə də, İlber Ortaylının infarkt keçirmədiyini deyib. Atasının səhhətində rahatsızlıqlar olduğunu deyən Tuna Ortalı Kazıcı xəstəxanada atasının müayinə və müalicə olunduğunu bildirib.

media-tuna

media-ads_728_90
Paylaş