İndoneziyada gəmi qəzasında itkin düşən 130 nəfərin axtarışları davam edir
İndoneziyada xilasetmə xidməti ikinci gündür Yava dənizində sərnişin gəmisinin qəzaya uğraması zamanı itkin düşən 130 nəfəri axtarır.
“TV1” xəbər verir ki, son məlumatlara əsasən, əməliyyata 622 nəfər və 12 gəmi cəlb edilib.
Sentyabrın 14-ü səhər saatlarına olan məlumata görə, altı nəfər həlak olub, daha 107 sərnişin və ekipaj üzvü xilas edilib.
Qeyd edək ki, göyərtəsində 243 nəfərin olduğu Virgo Transport 8 gəmisi həftə sonunda güclü fırtına zamanı itkin düşüb. Hazırda hadisənin səbəbləri araşdırılır.








