İndoneziyada növbəti vulkan püskürməsi baş verib
İndoneziyada Levotobi Laki-Laki vulkanının növbəti püskürməsi baş verib və 4000 metr hündürlüyü olan kül sütunu qeydə alınıb.
“TV1” xəbər verir ki, bu barədə İndoneziyanın “Metro TV” telekanalı məlumat yayıb. Levotobi Laki Laki vulkanını müşahidə məntəqəsinin əməkdaşı püskürmənin səhər tezdən baş verdiyini və zirvədən təxminən 4000 metr yüksəklikdə kül sütununun müşahidə edildiyini bildirib. Bunun ardınca hündürlüyü 1500 metrə çatan kül sütunu ilə başqa bir kiçik püskürmə baş verib.
Hazırda Levotobi Laki-Laki vulkanı IV səviyyə və ya “xəbərdarlıq” səviyyəsində qalır. Sakinlərə püskürmə mərkəzindən cənub-qərb, şimal və şimal-şərqdə 6-7 kilometr radiusda fəaliyyətlərdən çəkinmələri tövsiyə olunur.