İndoneziyada vulkan püskürüb, ölənlər var
İndoneziyanın Şimali Maluku əyalətində yerləşən Dukono vulkanını püskürüb və nəticədə iki nəfər həlak olub.
“TV1” Sinxua agentliyinə istinadla xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb. Bildirilib ki, axtarış-xilasetmə qrupları vulkan püskürməsi nəticəsində ərazidə ilişib qalan təxminən 20 turistin təxliyəsi istiqamətində əməliyyatları davam etdirirlər.
Məlumata görə, Dukono vulkanı yerli vaxtla səhər saat 07:40 radələrində püskürüb və nəticədə vulkan külü təxminən 10 kilometr yüksəklikdə atmosferə yayılıb.
Yerli xilasetmə xidmətləri sakinlərə kraterdən 4 kilometr radiusda yerləşən ərazilərə yaxınlaşmamaq barədə xəbərdarlıq edib. Həmçinin yağışlar zamanı vulkanik palçıq axınlarının yarana biləcəyi bildirilib.








