İpoteka kreditlərinə tələb azalıb
İpoteka kreditləşməsi son illərdə ümumilikdə artım nümayiş etdirsə də, son dövrlərdə artım tempi azalmaqdadır.
“TV1” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yarım illik “Maliyyə Sabitliyi hesabatı”nda bildirilir.
Qeyd edilib ki, 2020-ci ildən etibarən ipoteka kreditlərinin həcmi yüksəlib, lakin 2023-cü ildən etibarəb artım tempində azalma müşahidə olunub. Vurğulanıb ki, bu azalma həm tələb, həm də təklif amilləri ilə izah oluna bilər.