İrakli Kobaxidze Finlandiya XİN rəhbərinin dəvətini rədd edib

media-ads_728_90

Gürcüstanın Baş naziri İrakli Kobaxidze heç bir ölkədə, o cümlədən Finlandiyada qanunsuz aksiyada iştirak etmək niyyətində olmadığını bəyan edib.

“TV1” xəbər verir ki, bu barədə Gürcüstan KİV məlumat yayıb.

“Bilmirəm, o məni qanunsuz aksiyaya dəvət edir ya yox – bu, onun öz işidir, amma mən heç bir ölkədə, o cümlədən Finlandiyada qanunsuz aksiyada iştirak etmək fikrində deyiləm”, – o, ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonenin Finlandiyaya səfər etmək və öz istəyinə uyğun olaraq istənilən nümayişdə iştirak etməklə bağlı dəvətinə münasibət bildirərkən vurğulayıb.

İ.Kobaxidze hesab edir ki, cəmiyyət ATƏT-in himayəsi altında Gürcüstana gələn və öz hərəkətləri ilə ölkənin daxili siyasi proseslərinə müdaxilə edən Finlandiya xarici işlər nazirinin diplomatik normaları pozmasının şahidi olub.

media-ads_728_90
Paylaş