İran prezidenti Ermənistana gedir
İran prezidenti Məsud Pezeşkian ötən gün ölkənin bir sıra yüksək vəzifəli şəxsləri ilə görüşüb. Görüş zamanı o bildirib ki, Ermənistan və Belarusa qarşıdakı səfərləri İranın özəl şirkətlərinin rolunu artırmaq və əvvəllər əldə edilmiş razılaşmaları, xüsusilə də birgə investisiya layihələrini irəlilətmək məqsədi daşıyacaq.
“TV1” xəbər verir ki, Prezidentin rəsmi saytının məlumatına görə, müzakirələrdə enerji, nəqliyyat, ticarət, investisiya, səhiyyə, ətraf mühit, elm, mədəniyyət və turizm də daxil olmaqla əsas sektorlar üzrə potensial əməkdaşlıq məsələləri müzakirə olunub.
Görüşdə həmçinin, əməkdaşlıq üçün əsas çağırışlar və imkanlar müəyyən edilib və onların həlli üçün strategiyalar müzakirə edilib.
Qeyd edək ki, İran prezidenti Məsud Pezeşkian bu gün Ermənistana gedəcək.