İran Prezidenti Ermənistana səfər edib

media-ads_728_90

İran Prezidenti Məsud Pezeşkian Ermənistana rəsmi səfər edib.

“TV1” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, səfər iki gün davam edəcək.

Bu, M.Pezeşkianın İran Prezidenti kimi Ermənistana ilk səfəridir.

M.Pezeşkianı paytaxtın “Zvartnots” hava limanında baş nazirin müavini Mher Qriqoryan qarşılayıb.

Qeyd edək ki, avqustun 19-da M.Pezeşkianın iştirakı ilə Ermənistan-İran biznes forumu keçiriləcək. O, Ermənistandan Belarusa gedəcək.

media-ads_728_90
Paylaş