İran və ABŞ dondurulmuş aktivlərdən Tehrana 3 milyard dolların ayrılması barədə ilkin razılığa gəlib

media-ads_728_90

İran və ABŞ xaricdə dondurulmuş aktivlərdən Tehrana 3 milyard dollar ayrılması barədə ilkin razılıq əldə edə bilib.

“TV1” xəbər verir ki, bu barədə mənbələrə istinadən “Al Arabiya” telekanalı məlumat yayıb.

“İrana 3 milyard dolların ayrılması barədə ilkin razılıq ABŞ və İran arasında Dohada keçirilən dolayı danışıqlar zamanı əldə edilib”, – deyə məlumatda qeyd olunub.

Orada söhbətin ABŞ-də yoxsa digər ölkələrdə dondurulmuş aktivlərdən getdiyi göstərilmir.

media-ads_728_90
Paylaş