İran və AEBA arasında müzakirələrin yeni raundu keçiriləcək - İsmayıl Bəqai

media-ads_728_90

“Qarşıdakı günlərdə İran və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik arasında müzakirələrin yeni raundu keçiriləcək”.

“TV1” xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai Tehranda keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, İran və AEBA arasında müzakirələr ötən həftədən başlayıb.

İ.Bəqai deyib ki, İsrail və ABŞ-ın İranın dinc məqsədli nüvə obyektinə hava hücumlarından sonra AEBA ilə İran arasında əməkdaşlıq yolu müəyyənləşməlidir. Çünki dinc məqsədli nüvə obyektlərinə sahib bir ölkənin hücuma məruz qaldıqdan sonra AEBA müfəttişlərinin həmin obyektlərə baxış keçirməsi ilə bağlı heç bir təcrübə olmayıb.

Qeyd edək ki, 12 iyunda AEBA-nın Direktorlar Şurasının iclasında ABŞ, Böyük Britaniya, Fransa və Almaniyanın İran əleyhinə təqdim etdikləri qətnamə səsverməyə çıxarılıb. 19 ölkənin lehinə, 11 ölkənin bitərəf və 3 ölkənin (Rusiya, Çin və Burkina Faso) əleyhinə səsverməsi ilə qətnamə qəbul olunub. Qətnamədə İranın 2019-cu ildən bəri bəyan edilməmiş nüvə materialı, İranın bir çox bəyan edilməmiş obyektlərində fəaliyyəti ilə bağlı agentliyə tam və vaxtında əməkdaşlıq etmək üzrə öhdəliklərini dəfələrlə yerinə yetirməməsi qeyd olunub.

Xatırladaq ki, AEBA son hesabatında bildirib ki, 17 may 2024 tarixinədək İranın 60% dərəcəsində zənginləşdirdiyi uranın həcmi 408,6 kiloqram təşkil edib. 60% dərəcəsində zənginləşdirilən uran fevral ayında verilən hesabatla müqayisədə 133,8 kiloqram artıb. Hesabatda bu səviyyədə zənginləşdirmənin 90% zənginləşdirmə səviyyəsinə (silah səviyyəsi hesab olunur) qısa texniki addım olduğu hesab olunub. Agentlik İranı tam və effektiv əməkdaşlığa çağırıb.

media-ads_728_90
Paylaş