İranda polislərə silahlı hücum olub - Ölənlər və yaralı var

media-ads_728_90

İranın Sistan və Bəlucistan əyalətində Haş-Zahidan avtomobil şosesində polis əməkdaşlarının avtomobilinə silahlı hücum nəticəsində iki polis ölüb, bir nəfər isə yaralanıb.

“TV1” xəbər verir ki, məlumatı Sistan və Bəlucistan Polis İdarəsi İnformasiya Mərkəzi yayıb.

Bildirilib ki, hadisə əyalətin Sib və Soran rayonlarında qeydə alınıb.

İlkin məlumatlara görə, bu akt naməlum silahlılar tərəfindən törədilib, hadisədən sonra hücum edənlərin müəyyənləşməsi və təqib olunması üçün əməliyyat başlayıb.

Qeyd edək ki, Sib və Soran rayonu əyalətin cənub-şərqində, Zahedandan (əyalət mərkəzindən) təxminən 400 kilometr məsafədə yerləşir.

media-ads_728_90
Paylaş