İranda Sepah qərargahına hücum olub, ölənlər və yaralananlar var
İranın Kürdüstan əyalətinin Sərvabad şəhərinin Maanand rayonunda İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) qərargahına əks-inqilabçı qüvvələr tərəfindən hücum nəticəsində iki qvardiyaçı ölüb, bir neçə hərbçi yaralanıb.
“TV1” xəbər verir ki, bu barədə Sepahın əyalətdəki “Beyt əl-Məqdis” korpusunun İctimaiyyətlə Əlaqələr İdarəsi bildirib.
Qeyd edilib ki, kürd terrorçuları tərəfindən Sarvaabadda Sepahın bir neçə üzvü ölüb, yaralanıb.