İranda sərnişin qatarı aşıb

media-ads_728_90

İranda içərisində 450 nəfər olan Tehran-Kerman sərnişin qatarı relsdən çıxaraq aşıb.

“TV1” İRNA-ya istinadən xəbər verir ki, bu barədə Zərənd şəhərinin icra başçısı Rza Hüseyninejad bildirib.

Onun sözlərinə görə, qatarın sərnişinləri bir neçə avtobusla Zərənd və Kerman şəhərlərinə yola düşüblər.

İcra başçısı deyib ki, hadisə yerində xilasedicilər var. Qəzanın səbəbləri ixtisaslaşmış qruplar tərəfindən araşdırılır.

Xəsarət alanlar barədə məlumat yayılmayıb.

media-ads_728_90
Paylaş