İranda yaşayış kompleksində partlayış olub - 7 nəfər ölüb
İranın cənub-qərbində yerləşən Əhvaz şəhərində yaşayış binasında qaz partlayışı nəticəsində yeddi nəfər həlak olub.
“TV1” xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb.
“Bu gün səhər Əhvaz şəhərinin Pərdis rayonunda dörd mənzilli yaşayış binasında qaz partlayışı nəticəsində yeddi nəfər həlak olub. Ölənlərin beşi kişi, ikisi qadındır. Həmçinin üç nəfər xəsarət alıb”, – deyə məlumatda qeyd olunub.
Partlayış nəticəsində bina tamamilə dağılıb.