Bizi qaranlıq aprel gözləyir - Fatih Birol
İrandakı müharibə qlobal iqtisadiyyatın həyati damarlarından birini iflic edib.
“TV1” “Döyçe Velle”-yə istinadən xəbər verir ki, bu sözləri Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol “Le Figaro” qəzetinə müsahibəsində deyib.
O bildirib:
“Əgər Hörmüz boğazı həqiqətən də bütün aprel ayı üçün bağlanarsa, biz mart ayında etdiyimizdən iki dəfə çox xam neft və neft məhsulları itirəcəyik. Bizi qaranlıq aprel gözləyir. Bu, təkcə neft və qaza deyil, həm də gübrələrə, neft-kimya məhsullarına, heliuma və s. aiddir”.









