İrəvan və Tehran sadələşdirilmiş gömrük dəhlizi yaradır
“Ermənistan və İran sadələşdirilmiş gömrük dəhlizi yaratmaq niyyətindədir”.
“TV1” xəbər verir ki, bunu Ermənistan Dövlət Gəlirləri Komitəsinin sədri Eduard Akopyan deyib.
O bildirib ki, tərəflər hazırda razılaşma üzərində danışıqlar aparır və bu, yaxın gələcəkdə başa çatacaq:
“Gömrük sistemi üçün avadanlıqların alınması, eləcə də müəyyən monitorinq sistemlərinin tətbiqi sahəsində ABŞ-la əməkdaşlıq da fəal şəkildə inkişaf edir”.








