İrəvanda mitinq keçirilir - Karapetyanın və keşişlərin azad edilməsi tələbi ilə...

media-ads_728_90

İrəvanın Azadlıq meydanında biznesmen Samvel Karapetyanın azadlığa buraxılması tələbi ilə “Öz yolu ilə” hərəkatının mitinqi keçirilir.

“TV1” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, aksiya iş adamının oktyabrın 16-da həbs müddətinin uzadılması, həmçinin Araqatsotn yeparxiyasının ruhanilərinin kütləvi şəkildə saxlanması fonunda başlayıb.

Mitinqdə müxtəlif siyasi və ictimai xadimlərlə yanaşı, din xadimləri də iştirak edir. Etirazlara “Müqəddəs mübarizə” hərəkatının tərəfdarları və onun lideri arxiyepiskop Baqrat Qalstanyan da qoşulub.

media-ads_728_90
Paylaş