İrlandiya Azərbaycandan neft idxalını artırıb

media-ads_728_90

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan İrlandiyaya ümumilikdə 174,3 milyon dollar dəyərində 331,6 min ton bitum süxurlardan alınmış xam neft və neft məhsulları ixrac olunub.

“TV1” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsi məlumatında bildirilib.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 63,9 milyon ABŞ dolları və ya 1,6 dəfə, həcm baxımından isə 157,3 min ton və ya 1,9 dəfər çoxdur.

2024-cü ilin ilk doqquz ayı ərzində Azərbaycandan İrlandiyaya 110,4 milyon dollar dəyərində 174,3 min ton bitum süxurlardan alınmış neft və neft məhsulları ixrac olunmuşdu.

Qeyd edək ki, cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan 20 ölkəyə 8,939 milyard ABŞ dolları dəyərində, ümumilikdə 16,996 milyon ton bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac olunub.

media-ads_728_90
Paylaş