İspaniyada daşqınlar - Fövqəladə vəziyyət elan edildi/VİDEO
Oktyabrın 12-də İspaniyanın Kataloniya və Valensiya bölgəsini vuran güclü “Alis” qasırğası geniş daşqınlara, nəqliyyat əlaqəsinin kəsilməsinə səbəb olub. Yüzlərlə insan ərazilərdən evakuasiya olunub.
TV1 “European Pravda”ya əsasən xəbər verir ki, Kataloniya hökuməti fövqəladə vəziyyət elan edib.
Kataloniya hökuməti fövqəladə vəziyyət elan edib. Su basmış yollar və körpülər səbəbindən Qırmızı Xaç Montsia bölgəsində bələdiyyə binalarında yerləşdirilən təxminən 500 zərərçəkmişə yardım edir. Onlara 450 yorğan, 150 döşək və 2000 litr içməli su verilib.
Magistral yolda yaranan tıxacdan sonra evakuasiya edilən 200-dən çox insan Amposta şəhərindəki idman zalında gecələyib. Kataloniyanın daxili işlər naziri Nuria Parlonun sözlərinə görə, beş rayonda məktəblər bağlı qalacaq. Vətəndaşlara uzaqdan işləməyə və çox zərurət olmadıqca evlərini tərk etməmək çağırışı edilib. Daha sonra Kataloniya başçısı Salvador İlanın sədrliyi ilə Mülki Müdafiə Komitəsinin fövqəladə iclası keçirilib. Xatırladaq ki, oktyabr ayının ilk günlərindən dünyanın bir sıra yerlərində güclü sel və daşqınlar, həmçinin zəlzələlər qeydə alınıb.