İspaniyada yeni turist simvolu - Eyfel qülləsi hündürlüyündə döyüş öküzü tikiləcək
Madrid sakinləri 300 metrlik öküz tikməyə hazırlaşırlar – Eyfel qülləsinin hündürlüyünə bərabər səviyyədə. Bu döyüş öküzünün dünyanın görməli yerlərinin tezliklə rəqibi olacağı deyilir.
“TV1” xəbər verir ki, İspaniya Korrida Akademiyasının təklif etdiyi ideya artıq Burqos və Qvadalahara da daxil olmaqla, 30-dan çox şəhər tərəfindən nəzərdən keçirilir.
Məqsəd yeni milli turist simvolu yaratmaqdır.
Akademiyanın planına uyğun olaraq, cəmi iki həftə əvvəl nümayiş etdirilən İspan döyüş öküzü Azadlıq Heykəli və ya Maçu Pikçu ilə bərabər, dünyanın əhəmiyyətli yerləri sırasına qoşulmağa hazırlaşır.
Məlumatlarda bildirilir ki, bunun üçün birincisi, uyğun torpaq sahəsi tapmaq lazımdır. Layihə bir sıra qarışıq reaksiyalara səbəb olur. Məsələn, heyvan hüquqları müdafiəçiləri bu ideyaya qarşıdırlar.








