İsrail Çarli Kirk sui-qəsdində iştirak etməyib - NETANYAHU
İsrailin Baş naziri Benyamin Netanyahu Çarli Kirkin qətli ilə bağlı yayılan iddiaları təkzib edib.
“TV1” xəbər verir ki, o, bu barədə “Nyus Maks”a açıqlamasında bildirib.
“İsrail bu hadisədə heç bir rol oynamayıb. Kirkin öldürülməsində İsrailin iştirak etdiyi barədə yayılan məlumatlar əsassızdır”, – deyə Netanyahu bildirib.
Qeyd edək ki, D.Trampın qatı tərəfdarı olan Çarli Kirk universitetdə çıxış etdiyi zaman öldürülüb.