İsrail Livana zərbə endirib

media-ads_728_90

İsrail Müdafiə Qüvvələri (IDF) Livanın cənubuna zərbələrin endirilməsi barədə məlumatı təsdiqləyib.

“TV1” xəbər verir ki, bu barədə IDF-nin “X” sosial şəbəkəsindəki səhifəsində bildirilib.

“Bir müddət əvvəl İsrail Müdafiə Qüvvələri Şimal Komandanlığın rəhbərliyi və Hərbi Hava Qüvvələrinin dəstəyi ilə Livanın cənubundakı əl-Mahmudiyə bölgəsində “Hizbullah”ın infrastruktur obyektlərinə, raket qurğusuna və şaxtasına zərbələr endirib”, – deyə bəyanatda deyilir.

İsrail Müdafiə Qüvvələri bildirir ki, bu bölgədə “Hizbullah”ın infrastrukturunun mövcudluğu İsrail və Livan arasında əldə edilmiş razılaşmaların pozulmasıdır.

media-ads_728_90
Paylaş