İsrail Livanın cənubuna zərbə endirib - Ölən var
Livan hökuməti ölkənin cənubundakı Haruf kəndində İsrailin pilotsuz uçuş aparatının zərbəsi nəticəsində bir nəfərin öldüyünü açıqlayıb.
“TV1” xəbər verir ki, ölən şəxs dünən İsrail tərəfindən öldürülən “Hizbullah”ın cənub cəbhəsinin logistika komandiri Abbas Həsən Kərəkinin qohumudur.
Məlumata görə, hücum Kərəkinin dəfn mərasimindən əvvəl həyata keçirilib.








