İsrail ordusu 13 gəmini ələ keçirdi, 25 türk fəal saxlanılıb – Ankaranın BƏYANATI

media-ads_728_90

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Qəzzaya humanitar yardım çatdırmaq məqsədilə yola çıxan “Sumud” qlobal flotiliyasına İsrail qüvvələri tərəfindən beynəlxalq sularda edilən hücumu pisləyib.

“TV1” xəbər verir ki, bu barədə XİN bəyanat yayıb.

Qeyd olunub ki, rəsmi Ankara sözügedən hücumun Qəzzada atəşkəsin təmin olunmasına yönəlmiş səylərə zərər verməməsinə ümid edir.

“Səfərin əvvəlindən etibarən donanmadakı iştirakçılar arasında vətəndaşları olan digər ölkələrlə koordinasiyalı şəkildə hərəkət edilir. Bu çərçivədə, İsrail qüvvələri tərəfindən saxlanılan vətəndaşlarımızın və digər sərnişinlərin tezliklə azad olunması üçün bütün zəruri addımlar atılır. Hücumun məsul şəxslərinin cəzalandırılması üçün hüquqi yollarla müraciət ediləcək”, – deyə bəyanatda vurğulanıb.

Qeyd edək ki, daha əvvəl Qəzzaya humanitar yardım daşıyan flotiliyanın hərəkətinə İsrail tərəfindən icazə verilməyib.

Xatırladaq ki, İsrail hərbçiləri Qəzza zolağı sahillərinə fələstinlilər üçün humanitar yardım aparan Sumud Donanmasının 13 gəmisini ələ keçirib. Ümumilikdə 15 gəminin ələ keçirildiyi, saxlanılan türk fəalların sayının isə 25-ə çatdığı bildirilir.

media-ads_728_90
Paylaş